İDMAN
19 YAŞLI FUTBOLÇULARIMIZ ÖZBƏKİSTANLI HƏMYAŞIDLARI ÜZƏRİNDƏ BÖYÜK HESABLI QƏLƏBƏ QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 19 yaşlılardan ibarət yığma futbol komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirdiyi ilk yoldaşlıq oyununda böyük hesablı qələbə qazanmışdır. Əvvəlcə, burada, beynəlxalq turnirin keçirilməsi planlaşdırılsa da, bu baş tutmamış, yığmamız gücünü özbək həmyaşıdları ilə yoxlama oyunlarında sınamağı qərara almışdır.
İlk görüş milli komandamızın 5:1 hesablı qələbəsi ilə başa çatmışdır. Millimiz növbəti görüşlərini aprelin 10-u və 12-də keçirəcəkdir.
Xatırladaq ki, yoldaşlıq oyunları Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır. Sentyabrın sonları - oktyabrın əvəllərində Kiprdə keçiriləcək qitə birinciliyinin qrup seçmə oyunlarında 19 yaşlılarımızın rəqibləri Ermənistan, Macarıstan komandaları və meydan sahibi Kipr kollektivi olacaqdır.