İDMAN


19 yaşadək futbolçularımız Bosniya və Herseqovina yığması ilə yoldaşlıq görüşü keçirəcək

Bakı, 17 avqust, AZƏRTAC

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bu gündən avqustun 20-dək Bakıda, 20-dən 26-dək isə Bosniya və Herseqovinada təlim-məşq toplanışı olacaq.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.