CƏMİYYƏT
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sərgi təşkil olunub
Bakı, 1 iyun, AZƏRTAC
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Xəzər rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi açılıb.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, sərgidə uşaqların yağlı və sulu boya ilə çəkdikləri rəsm əsərlərindən, qrafika, heykəltəraşlıq nümunələrindən, bəzək əşyaları və rəngli kağızlardan düzəldilən aplikasiyalardan, ekibanolardan ibarət əsərlər nümayiş etdirilib.
Sərgiyə baxış keçirildikdən sonra rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Sonda 2 nömrəli xüsusi internat məktəbində fəaliyyət göstərən dərnəyin üzvlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub.