Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2002-CI IL NOYABRIN 18-19-DA VYANA ŞƏHƏRINDƏ IMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 2002-ci il noyabrın 18-19-da Vyana şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin.

1) "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat, Yeniləşmə və Texnologiyalar Nazirliyi arasında beynəlxalq yük daşımaları haqqında Saziş";

2) "Azərbaycan Dövlət Dəmir Yolu ilə Avstriya Dəmir Yolu İxrac Sektorunun "Austria Rail Engineering (ARE)" İnfrastruktur Şirkəti arasında dəmir yolu sahəsində əməkdaşlıq haqqında Saziş".

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci yarımbəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Dövlət Dəmir Yoluna tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 2-ci yarımbəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Avstriya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

27 sentyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin