Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2002-ci il oktyabrın 13-də Soçi şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Xarici Kəşfiyyat İdarəsi arasında arxiv materiallarının mübadiləsi sahəsində Əməkdaşlıq haqqında Proto-kol"un təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il oktyabrın 13-də Soçi şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Xarici Kəşfiyyat İda-rəsi arasında arxiv materiallarının mübadiləsi sahəsində Əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, Sərən-camın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərənca-mın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan döv-lətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xə-bərdar etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 fevral 2003-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin