Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2002-ci il sentyabrın 16-da Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kosta-Rika Respublikasının Xarici İş-lər və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələrin yaradılmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il sentyabrın 16-da Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kosta-Rika Respublikasının Xarici İş-lər və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələrin yaradılmasına dair Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sə-rəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun həyata keçi-rilməsini təmin etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 fevral 2003-cü il.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin