2002-Cİ İLDƏ AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN BÜDCƏSİNİN İCRASI İLƏ BAĞLI BƏZİ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2002-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 604 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2002-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası təsdiq edilsin.
2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun ştat vahidlərinin sayı və əmək haqqı dərəcələri təsdiq edilsin.
3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2002-ci il