İQTİSADİYYAT


2003-CÜ İLDƏ MDB ÖLKƏLƏRİNDƏ, XÜSUSİLƏ AZƏRBAYCANDA MAKROİQTİSADİ VƏZİYYƏT YAXŞILAŞMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbirinin MDB Dövlətlərarası Statistika Komitəsinə istinadla Moskvadan verdiyi xəbərə görə, son bir neçə ildə Birlik ölkələrində iqtisadi və maliyyə vəziyyətinin sabitləşməsinə kömək edən müsbət meyllər 2003-cü ildə də davam etmişdir. Komitənin məlumatında deyilir ki, bütün MDB ölkələrində qiymətlər sabit qalmaqla ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 1995-ci ilin səviyyəsindən nəzərəçarpacaq dərəcədə yuxarıdır. Məlumatda xüsusi vurğulanır ki, artım daha çox – 1,9 dəfə olmuşdur.

MDB ölkələrinin əksəriyyətində əsas makroiqtisadi göstəricilərin artım sürəti əvvəlki ildəkindən yuxarı olmuşdur. Məsələn, 2003-cü ildə Birlik ölkələrində ÜDM-in artımı 2002-ci ildəki 5,3 faizə qarşı orta hesabla 7 faiz, sənaye məhsulları istehsalı 2002-ci ildəki 5 faizə qarşı 8 faiz, əsas kapitala sərmayə qoyuluşu 2002-ci ildəki 6 faizə qarşı 15 faiz təşkil etmişdir və s.

2003-cü ildə inflyasiyanın və işsizliyin səviyyəsi nisbətən orta vəziyyətdə qalmış, dövlət büdcələri artıqlaması ilə, yaxud kiçik kəsirlə yerinə yetirilmişdir.

Bununla yanaşı, xarici ticarət əməliyyatlarının və onlardan əldə edilən gəlirin həcmi də artmışdır. Özu də MDB-nin bir çox ölkələrində dıgər dövlətlərlə idxal-ixrac əməliyyatlarının həcmi Birlik ölkələri arasında qarşılıqlı ticarətin həcmini əvvəlki kimi ötüb keçmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.