Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2003-CÜ IL APRELIN 28-DƏ BAKI ŞƏHƏRINDƏ IMZALANMIŞ "AZƏRBAYCAN RESPUBLIKASI HÖKUMƏTI ILƏ İRAN İSLAM RESPUBLIKASI HÖKUMƏTI ARASINDA ƏVƏZSIZ YARDIM (QRANT) HAQQINDA MEMORANDUM"UN TƏSDIQ EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 2003-cü il aprelin 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında Memorandum" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikasının hökumətini xəbərdar etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

27 sentyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin