SİYASƏT
2003-CÜ İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA DAXİL OLMUŞ MÜRACİƏTLƏRƏ BAXILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq q ə r a r a a l ı r :
2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 820, 965, 1071 və 1073 saylı müraciətlər məhkəmə qaydasında xüsusi araşdırma tələb etdiyindən bu barədə müraciət etmiş şəxslərə müvafiq cavab verilsin.
Qərar N 25/201
22 avqust 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini S.Ç.Qasımova
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Komissiyanın üzvləri F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
X.H.Əhmədov
A.C.Tağıyev