MƏDƏNİYYƏT
“2004-CÜ İLİN QADIN GEYİMİ” MODA MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Azərbaycan Modalar Assosiasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müsabiqədə münsiflər heyətinin üzvləri kimi Özbəkistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Əbdüqafur Əbdürəhmanov, Ukrayna səfirinin məsləhətçisi İqor Kuzırma, İsveçin məşhur modelyeri Andelika Vinderqrant, Fransa səfirliyinin nümayəndəsi və digər yerli mədəniyyət işçiləri iştirak etmişlər.
Tədbirdə Bakı və respublikanın regionlarında fəaliyyət göstərən modelyerlərin işlərindən ibarət 22 kolleksiya “Kaspian” moda evinin manekenləri tərəfindən nümayiş etdirilmişdir. Nailə Quliyeva və Samirə Hafizovanın işləri müsabiqədə 2004-cü ilin ən yaxşı qadın moda geyimi hesab olunmuşdur. Qaliblər xüsusi mükafatlara və diplomlara layiq görülmüşlər.
Müsabiqənin sonunda Özbəkistanın ölkəmizdəki səfiri Ə.Əbdürəhmanov çıxış edərək Azərbaycanda modanın inkişafını yüksək qiymətləndirmişdir.