Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2004-CÜ İL İYUNUN 3-DƏ KİYEV ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2004-cü il iyunun 3-də Kiyev şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Ukraynanın Dövlət Gömrük Xidməti arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkəti və Ukraynanın Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında Saziş;

1.3. Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" Dövlət Konserni və Ukrayna Nəqliyyat Nazirliyinin Dövlət Aviasiya Nəqliyyatı Departamenti arasında "Mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Protokol".

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ukrayna tərəfini xəbərdar etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin