Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2005-Cİ İL NOYABRIN 29-DA MOSKVA ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ VƏ QIRĞIZ RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ ARASINDA QIRĞIZ RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN HƏRBİ QULLUQÇULARININ AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİL ALMASI HAQQINDA SAZİŞ”İN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

1. 2005-ci il noyabrın 29-da Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qırğız Respublikası Müdafiə Nazirliyi arasında Qırğız Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil alması haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Qırğız Respublikasının Müdafiə Nazirliyini xəbərdar etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin