CƏMİYYƏT


2006-CI İLDƏ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ FƏALİYYƏTİNİ GÜCLƏNDİRMİŞDİR

AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun tapşırığı ilə 2006-cı ildən başlayaraq, sentyabrın axırıncı həftəsi “Xəzər həftəsi” adlandırılmışdır. Praktik tədbirlərin təqvim planına əsasən, sahil boyunca iməciliklər keçirilmişdir. Sahilyanı zonada yaşayan əhalinin, ümumtəhsil məktəbləri şagirdlərinin, tələbələrin iştirakı ilə seminar-müşavirələr keçirilmiş, ətraf mühitlə bağlı problemlərin və onların həlli yolları, ekoloji mədəniyyətin yüksəldilməsi və sair məsələlər müzakirə olunmuşdur.

Nazirliyin təşəbbüsü ilə Bakı Dövlət Universitetində, Xəzər Mərkəzində, Texniki Universitetdə, Neft Akademiyasında müəllim, tələbə və magistrlərin, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “Xəzərin ekoloji problemləri” mövzusunda dəyirmi masalar keçirilmişdir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Neftçala rayonundakı 3-cü ərazi ekologiya və təbii sərvətlər şöbəsi rəhbərliyinin dəstəyi, yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, 1,2,3 nömrəli orta məktəblərin və “Muğan” liseyinin şagirdləri ilə birlikdə seminar-müşavirə keçirmişlər. Seminarın sonunda onun 75 iştirakçısı 10-13 hektar sahədən 4 ton istehsalat və məişət tullantısı yığmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.