Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2006-CI İL AVQUSTUN 17-DƏ BATUMİ ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ GÜRCÜSTAN HÖKUMƏTİ ARASINDA GÜRCÜSTANIN AZƏRBAYCAN RESPUBLİKASI QARŞISINDA OLAN BORC ÖHDƏLİYİNİN RESTRUKTURİZASİYASI HAQQINDA SAZİŞ”İN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2006-cı il avqustun 17-də Batumi şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gürcüstanın Azərbaycan Respublikası qarşısında olan borc öhdəliyinin restrukturizasiyası haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində götərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Gürcüstan Hökumətinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin