Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2007-Cİ İL AVQUSTUN 2-DƏ BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ YUNANISTAN RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA TƏBİİ QAZ VƏ NEFT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM”UN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2007-ci il avqustun 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yunanıstan Respublikası Hökumətini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin