Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yadranka Kosordan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Biz hazırkı vəziyyəti böyük narahatlıqla izləyirik. Bütün dünyanın ölümcül COVID-19-a qarşı mübarizə apardığı bir vaxtda uşaqların qətlə yetirilməsi və şəhərlərin dağıdılmasına heç nə ilə haqq qazandırmaq olmaz. Bu, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Biz BMT və digər beynəlxalq təşkilatları daha fəal olmağa, həmçinin öz üzərilərinə götürdükləri öhdəlikləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrini dərhal yerinə yetirməyə çağırırıq.

Cənab Prezident, həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüquq normalarının təşviqi istiqamətində çalışdığımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun beynəlxalq statusuna göstərdiyiniz bütün dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Məhz bu dəstək sayəsində mərkəzimiz etibarlı və nüfuzlu beynəlxalq təşkilata çevrilib.

Hörmətlə,

 

Yadranka Kosor

2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin