Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2009-CU İL OKTYABRIN 1-DƏ BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ VƏ ÇEXİYA RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ ARASINDA MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ”İN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2009-cu il oktyabrın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çexiya Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çexiya Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin