Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2009-CU İL OKTYABRIN 8-DƏ BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ KOREYA RESPUBLİKASININ ƏRZAQ, KƏND TƏSƏRRÜFATI, MEŞƏÇİLİK VƏ BALIQÇILIQ NAZİRLİYİ ARASINDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ BARƏDƏ ANLAŞMA MEMORANDUMU”NUN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2009-cu il oktyabrın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Koreya Respublikasının Ərzaq, Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Koreya Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin