İDMAN


2010-CU İLİN DÜNYA FUTBOL ÇEMPİONATI CAR-DA KEÇİRİLƏCƏK

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) İcraiyyə Komitəsinin mayın 15-də qəbul etdiyi qərara əsasən, 2010-cu ilin dünya futbol çempionatının final mərhələsi Cənubi Afrika Respublikasında keçiriləcəkdir. Bunu FİFA-nın prezidenti Yozef Blatter İsveçrənin Sürix şəhərindəki Dünya Ticarət Mərkəzində keçirilən rəsmi mərasimdə açıqlamışdır.

2010-cu il dünya çempionatının ev sahibi olacaq ölkə FİFA İcraiyyə Komitəsinin 24 üzvünün iştirak etdiyi gizli səsvermə nəticəsində müəyyənləşdirilmişdir.

Dünya birinciliyinin təşkilatçıları roluna CAR-dan başqa, Liviya, Tunis, Misir və Mərakeş də namizəd idi. Müsabiqənin son mərhələsi ərəfəsində Liviyanın və Tunisin namizədliyi siyahıdan çıxarılmışdır.

Beləliklə, dünya futbolunun taixində ilk dəfə dünya birinciliyi Afrikada keçiriləcəkdir. Yozef Blatter Afrika qitəsinin bütün sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.