Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri Comart Otorbayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev.

Ölkənizin dostu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvü kimi hazırkı vəziyyətdən çox narahatam.

Mən qətiyyətlə inanıram ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymamağa heç kimin haqqı yoxdur.

Dünya birliyi 30 ildir ki, Azərbaycan ərazisinin işğalı problemini həll edə bilmir.

BMT öz nüfuzunu qorumaq üçün məsələyə müdaxilə etməli və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirməlidir.

Bizim həmsədrlər və üzvlər Sizin yanınızdadırlar.

 

Hörmətlə,

Comart Otorbayev

2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin