İDMAN
2014-cü ilin Soçidə keçiləcək Olimpiya oyunları münasibətilə retro suvenirlər buraxılacaqdır
Bakı, 16 aprel (AZƏRTAC). “Soçidə keçiriləcək XXII qış Olimpiya oyunları və XI Paralimpiya oyunlarının təşkilat komitəsi” qeyri-kommersiya təşkilatı idman yarışması ilə əlaqəli ticarət nişanlarının qeydiyyatına başlamışdır.
1980-ci il Moskva Olimpiadasının rəmzinə də hüquqlar qeydə alınmışdır. “Soçi-2014” təşkilat komitəsindən bildirmişlər ki, nişanların qeydiyyata alınması Rusiyanın olimpiya və paralimpiya rəmzlərinin müdafiəsinin təmin edilməsi ilə bağlı üzərində götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün lazımdır. Olimpiya oyunlarının rəmzi, o cümlədən 1980-ci il Olimpiadasının rəmzi BOK-a məxsusdur və Olimpiya qanunları tərəfindən qorunur.
Populyar rəmzlərin, həqiqətən, mühafizəyə ehtiyacı vardır. Bir çox sahibkarlar onlardan istifadə etməyə çalışmışlar. Məsələn, “Korner” şirkəti 2008-ci ildə 10 il müddətinə “Olimpiada-80”in təsvirlərini qeydiyyatdan keçirmişdi.
2000-2008-ci illərdə “Olimpiyski Mişka” ticarət nişanının hüquqları “Krasnıy oktyabr” şirniyyat fabrikinə məxsus idi. Patent müəssisəsinin sənədlərinə əsasən, təşkilat komitəsi Soçi Olimpiadası ilə əlaqədar 40-a yaxın ticarət nişanı qeydiyyatdan keçirmişdir.