Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir VİDEO

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir VİDEO

Antalya, 8 aprel (AZƏRTAC). 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. “Bakı–2015” Avropa Oyunlarının iştirakçıları ölkəmizdə möhtəşəm bir tədbirin şahidi olacaqlar. Bunun üçün Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilməkdədir.

Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov AZƏRTAC-a məxsusi müsahibəsində söyləmişdir.

- Cənab nazir, “Bakı-2015” Avropa Oyunları Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir. Toplantının yekunları barədə nə deyə bilərsiniz?

- Bakıda bu yaxınlarda Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir. Bu toplantıların əsas məqsədi görülən işlərin hesabatı, tədbirdə iştirak edən peşəkar insanlarla təcrübə mübadiləsinin aparılması, yeni ideyaların, məsləhətləşmələrin əldə olunmasıdır. Tədbirin yekununda iştirakçılar qısa müddət ərzində qazanılan nailiyyətləri yüksək qiymətləndirmişlər. Komitənin ikinci toplantısından keçən qısa zaman ərzində bir sıra məsələlər həll olunmuşdur. Hazırda tikilməkdə olan idman kompleksləri, idman avadanlıqlarının alınması və bu komplekslərdə quraşdırılması, idman qurğularının dizaynı sahəsində böyük işlər görülür. Ümumiyyətlə, Azərbaycanın siyasi, iqtisadi, idman və digər sahələrdə əldə etdiyi uğurlardan sonra dünyanın diqqəti ölkəmizə yönəlmişdir. Əminliklə deyə bilərəm ki, Azərbaycan bu mötəbər idman bayramına da yüksək səviyyədə ev sahibliyi edəcəkdir. İnsanlarımız çox qonaqpərvərdirlər. Düşünürəm ki, Azərbaycan bütün dünyaya unudulmaz idman bayramı təqdim edəcəkdir. Bu, həm də Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun daha bir göstəricisidir.

- “Bakı–2015” Avropa Oyunlarının dünya, əsasən də Avropa mediasında təbliği barədə nə deyə bilərsiniz?

- İlk öncə onu deyim ki, yüksək səviyyəli peşəkarların çalışması nəticəsində bütün Avropa Azərbaycanın timsalında inanılmaz idman hadisəsini izləyəcəkdir. Avropa və yerli media əvvəlcə bizim məlumatlarımızla təmin olunur. Təbii ki, bu sahədə daha fəal işləsək, dolğun formatda materialları hazırlayıb yaysaq istər Avropa, istərsə də yerli mediada yerləşdirilə bilər. Biz bu istiqamətdə bütün səylərimizi birləşdirməliyik.

- Könüllülərin hazırlığı, onların məlumatlandırılması sahəsində işlər hansı istiqamətdə davam etdirilir?

- Bu işlərə artıq başlanmışdır. Hazırda 150 minə yaxın tələbənin arasından anketlər toplanmışdır. Ali təhsil olacaqları ilə bu sahədə müqavilə imzalanmışdır. Könüllülər idman sahəsində biliklərinin artırılması üçün müxtəlif məşqlərə cəlb olunacaqlar.

- Ölkəmizin idmançıları ev sahibi olaraq oyunlarda idmanın bütün növləri üzrə yarışlarda iştirak edə biləcəklərmi?

- İstər digər Olimpiya oyunları, istərsə də ilk Avropa Oyunlarında Azərbaycan yığması bütün çəkilərdə iştirak edəcəkdir. Bu Oyunların Bakıda keçirilməsi idmançılarımıza hər bir kateqoriyada çıxış etmək üçün geniş şərait yaradacaqdır. Ümumiyyətlə, idmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. İdmanın müxtəlif sahələrində uğur əldə edə bilərik. Onu da qeyd edim ki, idmançılarımız hazırda Finlandiyada güləş üzrə keçirilən Avropa çempionatında 10-dan çox medal qazanmışlar. Bu nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan yığması istənilən sahədə uğur qazanmağa iddialıdır.

- Ölkəmiz 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına da ev sahibliyi edəcəkdir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Sözsüz ki, biz “Bakı–2015” ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə böyük təcrübə qazanacağıq. Avropa Oyunları üçün hazırlanan idman zalları, idman qurğuları, məşq edən idmançılar, təcrübə toplayan insanlar bizim üçün İslam Oyunlarında da çox vacib və əsas tərkib olacaqdır. Təbii ki, paytaxtımızda yaradılan idman infrastrukturu, Atletlər Kəndinin inşası, nəqliyyat sisteminin təkmilləşdirilməsi və digər tədbirlər mühüm əhəmiyyət kəsb edir.

- “Bakı–2015” ilk Avropa Oyunlarının “SportAccord” Konvensiyasında təqdimatı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Belə tədbirlər bizim üçün çox vacibdir. Tədbirdə Bakı şəhərinin təqdimatı olacaqdır. Sərgidə yer alan stendimiz özünəməxsusluğu ilə seçilir. Azərbaycan hazırda sponsorların arasında yer almışdır. “Bakı – 2015” Avropa Oyunları “SportAccord” Konvensiyasının rəsmi mobil proqramının tərəfdaşıdır. Əminəm ki, Mərkəzi Avropadan nisbətən uzaqda olan Azərbaycanda zəngin Şərq və Qərb mədəniyyətlərinin ahəngdarlığı diqqəti cəlb edən məqamlardan olacaqdır. Avropa ölkəmizin qonaqpərvərliyindən çox razı qalacaqdır.

Anar Rzayev

AZƏRTAC-ın müxbiri

Antalya

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib