Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2016-2018-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rəşid Alimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində sanballı uğurlar qazanıb və beynəlxalq arenada layiqli nüfuza malikdir.

Siz çoxtərəfli mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi və inkişafına, o cümlədən dünya ictimaiyyətinin də böyük ehtiyac duyduğu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə yüksək diqqət göstərirsiniz.

Zati-aliləri, icazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və Azərbaycanın suverenliyinin və dövlətçiliyinin daha da möhkəmlənməsi naminə fəaliyyətinizdə uğurlar, istedadlı və əməksevər Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayım.

Hörmətlə,

Rəşid Alimov

2016-2018-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin