İQTİSADİYYAT


2017-ci ildə Azərbaycandan İtaliyaya getmək üçün 10 mindən çox şəxsə viza verilib

Bakı, 16 fevral, Elvin Camalov, AZƏRTAC

2017-ci ildə Azərbaycandan İtaliyaya getmək üçün 10 mindən çox şəxsə viza verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari Bakıda keçiriləcək "İtaliya Dizayn Günü"nün təqdimatı ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Azərbaycandan İtaliyaya daha çox turist gedir, İtaliyadan Azərbaycana isə nisbətən az turist gəlir.

Səfir qeyd edib ki, hazırda Azərbaycanda turizm sahəsində böyük inkişaf müşahidə olunur: “Düşünürük ki, zaman keçdikcə Azərbaycana gələn İtaliya turistlərinin də sayı artacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.