Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə müsəlman dünyası üçün yeni platforma yaradıldı

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə müsəlman dünyası üçün yeni platforma yaradıldı

Bakı, 6 noyabr, AZƏRTAC

Əsrlər boyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən ölkələrdən biridir və ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır. Kəskin ziddiyyətlərin tüğyan etdiyi narahat dünyamıza dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik Azərbaycandan tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi ideyaları ixrac edilir.

Nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin mövcud olduğu, müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahiblərinin əsrlərboyu dinc yanaşı yaşadıqları, ibadət və mərasimlərini sərbəst şəkildə icra etdikləri Azərbaycan sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bəşəriyyətə bəyan edib.

Tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət, islami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir.

İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getmək iqtidarı nümayiş etdirir. Müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik durur.

Dünyada çoxmədəniyyətlilik-multikulturalizm ətrafında geniş fikir mübadiləsinin getdiyi, bəzilərinin bunu öz mədəniyyətləri üçün təhlükə hesab edərək etinasız yanaşdığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir. Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun ayrılmaz parçasıdır. İslam həmrəyliyi təkcə İslam ölkələri deyil, bütün dünya üçün, dinlərarası münasibətlərin yüksəlişi üçün gözəl imkan kimi dəyərləndirilməlidir.

Azərbaycanda dini-mənəvi irsimiz elmlə dinin vəhdəti zəminində inkişaf edir, islami maarifləndirmə işlərinə böyük önəm verilir. Azərbaycan dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparır. İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə dəyər verən Prezident İlham Əliyev müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında müdafiəsi istiqamətində böyük səy göstərir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılışı, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi - Azərbaycanın sərgisinin təşkili ölkəmizin ümumislam mədəniyyətinə olan töhfəsidir. İslam Həmrəyliyi Oyunlarının keçirilmə məkanı olaraq Bakının seçilməsi də buna bariz nümunədir.

Bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya, radikalizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən amil, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. Dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, maddi və qeyri-maddi sərvətlərin, dini-mədəni irsin məhvi prosesləri zamanında müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan ümumbəşəri faciələrdir. Bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, həmrəylik və əməkdaşlıq sayəsində xilas ola bilər.

Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində səyləri ilə də öz örnəyini meydana qoyur. Dinlərarası və mədəniyyətlərarası dialoq və əməkdaşlığa önəmli töhfələr vermiş Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də dövlətimizin qlobal əhəmiyyətli məsələlərin həllinə töhfəsini artırır. Tolerantlıq ənənələrimizin təbliğində, milli mədəni və mənəvi irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.

Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca keçirildiyi məkana çevrilib. Azərbaycan dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsi, onların həllinə yardımçı olmaq baxımından uğurlu ənənəyə sadiqdir. Bu müdrik siyasətin əsası “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” təbirinin müəllifi Heydər Əliyevin zamanında qoyulub. Azərbaycanda istər daxili həyatımızda, istərsə də beynəlxalq aləmdə uğurlarımızı təmin edən də məhz Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasəti Prezident İlham Əliyevin yüksək səviyyədə davam və inkişaf etdirməsidir. Bu gün Azərbaycanda tərəqqinin, həyatın bütün sahələrində uğurlarımızın təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş dövlət rəhbərimizin fəaliyyəti, müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. Bütün bunlar bizim bugünkü və gələcək nailiyyətlərimizi şərtləndirir.

Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq sahəsində Azərbaycan təcrübəsinin dünya üçün əhəmiyyət kəsb etməsi təqdirəlayiqdir. Tarixboyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib.

Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycan gerçəkliyidir. Bu amala həm dövlətimiz ali qarantdır, həm də milli mentalitetimiz rəvac verir. Milli mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu, multikultural həyat tərzinin mövcud olduğu nümunəvi dövlət modelidir.

İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə, sülhsevər mahiyyətinə və Azərbaycan xalqının ənənəvi milli, tarixi irsinə istinad edən dövlətimizin başçısı İlham Əliyevin qlobal çağırışları müasir dünyanın ziddiyyətli problemlərinin həllinə töhfədir. İslam həmrəyliyi ancaq müsəlman dünyası daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər dinlər, konfessiyalar arasında həmrəyliyin harmoniyasını, İslamla digər səmavi dinlər arasında dialoq və əməkdaşlığı ehtiva edir.

Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə islamofobiya, separatizm, ekstremizm və radikalizmin qarşısının alınmasında İslam həmrəyliyi ideyasının praktik əhəmiyyəti danılmazdır.

Azərbaycan İslam ölkələri arasında iqtisadi əməkdaşlığa da mühüm töhfə vermək iqtidarındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli həlli məsələsində Azərbaycanın müsəlman aləmindən diplomatik dəstək alması baxımından İslam həmrəyliyi ideyasının əhəmiyyəti böyükdür. Dövlətimizin başçısının vurğuladığı kimi, “müsəlman dövlətləri məscidləri dağıdanlarla dost ola bilməzlər”.

Bütün səmavi dinlər bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edir. Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” də bu idealların, sülhün dünyamızda daha artıq bərqərar olunmasına xidmət edir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. “Azərbaycan modeli”nin sonrakı uğurlu təbliğatı birbaşa Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü ilə aparılan siyasətin nəticəsidir. Bu siyasət liderlərə məxsusdur və davamlı xarakter alıb.

Dövlətimizin başçısının 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi zamanın ehtiyac duyduğu tarixi təşəbbüsdür. Ümumbəşəri fəlsəfəyə əsaslanan bu təşəbbüs hətta zamanı qabaqlayan addımdır. Həmrəylik təkcə Azərbaycana ünvanlanmış, daxili vəhdaniyyətə istiqamətlənmiş deyil, ümumbəşəri mesajdır. Azərbaycanın praktik multikultural və dini modeli istənilən ölkə üçün nümunədir.

Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə müsəlman ölkələri, o cümlədən sülhpərvər bəşəriyyət üçün yeni platforma yaradıldı. İl ərzində keçirilən bir çox tədbirlər diqqət mərkəzindədir. Həmin tədbirlərin zirvələrindən biri IV İslam Həmrəyliyi Oyunları oldu. Bu, elə bir tədbir idi ki, hətta öz aralarında ixtilafda olan bəzi məzhəblərin nümayəndələri Bakıda vəhdət halında birləşdilər, Azərbaycan bir növ mədəni körpü rolunu oynadı. “İslam Həmrəyliyi İli” çərçivəsində təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da bir çox tədbirlər keçirildi – Qərbi Avropadan Mərkəzi Asiyayadək coğrafiya əhatə olundu. Məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində malik olduğu dəyərli təcrübə də xüsusi vurğulanmalıdır.

Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması məsələsinin həllində, habelə terrorizm, islamofobiya, ekstremizm və radikalizmin önlənməsində, bir çox qlobal və lokal məsələlər, o cümlədən miqrant böhranı, habelə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ ətrafında yaranmış problemin sülh yolu ilə ədalətli həlli ilə bağlı müsbət tendensiyalara şərait yaradan qlobal təşəbbüslər təqdir olunmalıdır. Müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsipləri, humanist dəyərləri ilə yanaşı, Azərbaycanın uğurlu birgəyaşayış modelindən istifadə etmək də məqsədəmüvafiqdir.

Multikulturalizm, İslam həmrəyliyi, konfessiyalararası yaxınlaşma, mədəniyyətlər və dinlərarası dialoq milyonlarla insan üçün ən gözəl nümunə ola bilər. Bu, həm də beynəlxalq aləmdə dinlər, mədəniyyətlər arasında münaqişə törətmək istəyənlərin öz mənfur niyyətlərini həyata keçirmələrinə qarşı tutarlı zərbədir.

İslam həmrəyliyini zəruri edən amillər arasında siyasi, iqtisadi və mənəvi amillər də mövcuddur. Hazırda dünyada təxminən 160 münaqişə ocağı mövcuddur və onun 40-da hərbi toqquşmalar gedir. Təəssüf ki, bu savaşların əksər hissəsi İslam coğrafiyasında baş verir. Dünya ərazisinin beşdəbir hissəsini, dünya əhalisinin 24 faizini ehtiva edən İslam coğrafiyasında sülhün bərqərarı bütün dünyada sülh və tərəqqiyə nail olunması üçün zəruridir. Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi kimi müdrik qərarı dünya xalqları tərəfindən yüksək dəyərləndirilir. İslam adından sui-istifadə edənlərə, islamofobiya, ekstremizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biri kimi Azərbaycan bu gün İslam dünyasının mütərəqqi inkişafına töhfələr verməkdə davam edir. Dövlətimizin başçısının qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən, mənəvi-humanitar məqsədləri ətrafında cəm edən qabaqcıl bir ölkə kimi gündəmdədir. Təbii ki, burada siyasi iradə, dövlətimizin başçısının lider rolu böyük önəm daşıyır.

Dünya iqtisadi böhranı, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşandığı bir dövrdə Azərbaycan Prezidenti Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları keçirərək Vətənimiz Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlərarası, dinlərarası dialoqu, İslam həmrəyliyini təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya nizamına çağırışlarını bəyan edir.

Prezident İlham Əliyevin beynəlxalq müstəvidə mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm ideyalarına sədaqəti, etnik və dini tolerantlığı Azərbaycanın sərvəti kimi dəyərləndirməyi sayəsində ölkəmiz nəinki region, bütün dünya üçün nümunəyə çevrilib. Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlər ölkəmizin dünya miqyasında yerini və rolunu nümayiş etdirir. Bu tədbirlərin Azərbaycan Prezidentinin ali təşəbbüsü ilə keçirilməsi dövlətimizin sadiq olduğu ümumbəşəri və milli mənəvi dəyərlərə sahib çıxmasına bariz nümunədir. Məşhur “Bakı prosesi”nin müəllifi olan dövlətimizin başçısının xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün böyük qürur mənbəyi, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir.

Şahin Hüseynzadə

“İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq