CƏMİYYƏT
20,17 qram çəkisi olan narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 1 oktyabr, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından ölkəmizə “Renault Megan” markalı minik avtomobili ilə sərnişin qismində gələn İran vətəndaşı Meisam Ahmadi gömrük nəzarətindən keçərkən kinoloji xidmət iti onun çamadanına reaksiya verib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə, həmin əl yükünə baxış zamanı oradan 4 ədəd bükümdə, ümumi xalis çəkisi 20,17 qram olan narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.