İQTİSADİYYAT


2018–2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq olunub

Bakı, 14 fevral, AZƏRTAC 

2018–2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev fevralın 14-də “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama görə, Dövlət Statistika Komitəsinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Bundan başqa, Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin edəcək.

Dövlət Proqramına ümumilikdə 59, o cümlədən sosial, iqtisadi və çoxsahəli statistika sahəsində müşahidələrin təşkili və onlara dair metodologiyaların hazırlanması üzrə 29, metaməlumatlar və təsnifatlar üzrə 6, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı üzrə 7, istifadəçi məmnunluğunun artırılması üzrə 3, beynəlxalq əməkdaşlıq üzrə 7, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi üzrə 7 tədbir daxil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.