RƏSMİ SƏNƏDLƏR


2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Zahid Məhərrəm oğlu Orucun namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüşdür. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 10-da Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 53-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun namizədliyinin irəli sürülməsi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin