DÜNYA


2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb VİDEO

Stokholm, 3 oktyabr, Rauf Əliyev, AZƏRTAC

2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, İsveç Kral Akademiyası 2018-ci il üçün kimya üzrə Nobel mükafatının amerikalı Franses Arnold və onun iki həmkarına - Corc P Smit (ABŞ) və Qreq Uinterə (Böyük Britaniya) verildiyini elan edib.

Akademiyanın nümayəndələri bildiriblər ki, builki laureatlar “təkamül əsasında inqilab” yaradıblar və “Darvin nəzəriyyəsinin prinsiplərini sınaq şüşəsində tətbiq etdiklərinə görə” mükafata layiq görülüblər. Onların icad etdiyi metodlar müxtəlif xəstəliklərə qarşı mübarizə, ekoloji kimya sənayesinin inkişafı üçün yeni materialların yaradılması, davamlı bioyanacaq istehsalı və bir çox digər sahələrdə tətbiq olunur.

Xatırladaq ki, ənənəyə görə, Nobel mükafatları dekabrın 10-da Stokholmda təqdim ediləcək. Laureatlara medal, diplom və məbləği təqribən 1 milyon dollar olan pul mükafatı veriləcək. Həmin məbləğ laureatlar arasında bölünəcək.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.