ELM VƏ TƏHSİL


2018-ci ildə 15 məktəbdə “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb

Bakı, 5 yanvar, AZƏRTAC 

2018-2019-cu tədris ilindən “Sağlam təhsil - sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Layihənin məktəbəhazırlıq qruplarında tətbiqində əsas məqsəd beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafı, təlim və təhsili proseslərinin təşkilidir. Sağlam təhsil elementlərinin məktəbəhazırlıq dövründən başlayaraq tətbiqi uşaqlarda məktəbə müsbət emosional münasibətin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək, məktəb təliminə hazırlıqla bağlı psixoloji dayanıqlığı artıracaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ötən tədris ilində məktəbəhazırlığın əhatəliliyi də genişləndirilib. 2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.