İQTİSADİYYAT


2018-ci ildə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 33,8 milyon tondan çox neft daşınıb

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə 41 milyon 490,8 min ton neft nəql olunub. Nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib, il ərzində bu kəmər vasitəsilə 33 milyon 827,1 min ton neft ötürülüb. 2018-ci ildə BTC ilə 6 milyon 530,2 min ton tranzit nefti də nəql edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.