DÜNYA


2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb

Bakı, 16 fevral, AZƏRTAC

Latviya Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin (VMMİ) məlumatına görə, keçən il Latviyada sığınacaq istəyən 176 nəfər qeydiyyata alınıb.

AZƏRTAC Latviyanın LETA agentliyinə istinadla xəbər verir ki, 2017-ci ildə Latviyada sığınacaq istəyən 195 nəfər, 2016-cı ildə isə 350 nəfər qeydiyyata alınıb.

2018-ci ildə VMMİ 47 nəfər əcnəbiyə sığınacaq, həmçinin qaçqın statusu və ya alternativ status verilib.

2018-ci ildə Latviya Avropanın cənubundan 374 qaçqın qəbul edərək, Avropa İttifaqının bir vaxtlar geniş müzakirə mövzusu olmuş sığınacaq axtaranların yerdəyişməsi proqramının icrasını başa çatdıraraq.

Ötən ilin sentyabr ayında sığınacaq axtaranların qəbulu üzrə kvotanın yerinə yetirilməsi üçün müəyyən edilmiş ikiillik müddət başa çatıb. Latviya həmin yerdəyişmə proqramı üzrə Yunanıstan, İtaliya və Türkiyədəki qaçqın düşərgələrindən 531 nəfəri qəbul etməyi öhdəyə götürüb. 2017-ci il sentyabrın 15-nə qədər Latviyaya 346 qaçqın, 2018-ci ilin əvvəlində isə sığınacaq axtaran növbəti şəxslər Latviyaya göndərilib.

VMMİ-dən LETA agentliyinə verilən məlumata görə, Avropa İttifaqı Şurasının 2015-ci ildə qəbul edilmiş qərarlarının qüvvədə olma müddəti başa çatıb və bundan sonra qaçqınların köçürülməsi dövlətlərarası ikitərəfli müqavilələrə uyğun olaraq həyata keçirilməlidir.

Latviya Aİ-nin sığınacaq axtaran şəxslərin köçürülməsi proqramına əsasən 374 qaçqın qəbul edib, yəni öz öhdəliklərini 70 faiz yerinə yetirib. 2016-2017-ci illərdə Latviyaya köçürülmüş qaçqınlar əsasən Suriya və Eritreyadan olanlardır.

VMMİ-də bildiriblər ki, bundan sonra qaçqınların qəbulu yalnız sığınacaq haqqında qanun əsasında mümkündür. Həmin qanuna görə, Latviya Nazirlər Kabineti Aİ strukturlarında Latviya dövlətinin mövqeyini əks etdirən qərarlarını Seymin müvafiq qərarları əsasında qəbul edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.