İQTİSADİYYAT


2018-ci ildə Səngəçal terminalından 284 milyon barreldən çox neft və kondensat göndərilib

Bakı, 13 fevral, AZƏRTAC

Ötən il Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 284 milyon barreldən çox neft və kondensat, o cümlədən 255 milyon barreldən artıq Bakı-Tbilisi-Ceyhanla (BTC), 28 milyon barreldən çox Qərb İxrac Boru Kəməri marşrutu ilə (QİBK) və təqribən 1,3 milyon barrelədək ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ildə terminaldan, həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kubmetr (1 milyard 3 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.

İl ərzində AÇG ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.