İQTİSADİYYAT


2018-ci ildə ləğv prosesində olan bankların daşınar və daşınmaz əmlaklarının satışı üzrə 35 hərrac keçirilib

Bakı, 9 yanvar, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu (ADIF)Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci il ərzində keçirilən 35 hərracda ləğv prosesində olan QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC balansındakı daşınar və daşınmaz əmlakı satıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, sadalanan ləğv prosesində olan banklara məxsus 13 lot üzrə daşınmaz əmlak və 136 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompüter və elektrik avadanlıqları, bankomat və digər bank avadanlığı satılıb.

Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan 3 ədəd daşınmaz əmlak və 63 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 4 ədəd daşınmaz əmlak və 20 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balansında olan 1 ədəd daşınmaz əmlak və 17 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 15 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 2 ədəd daşınmaz əmlak və 5 lot üzrə daşınar əmlak satılıb.

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak 7 lot üzrə, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrə, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrə, “Royalbank” ASC-nin balansındakı 2 ədəd daşınmaz əmlak və 2 lot üzrə daşınar əmlak və “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak 5 lot üzrə satılıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.