İQTİSADİYYAT


2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyin xülasəsi hazırlanıb

Bakı, 14 iyun, AZƏRTAC

2018-ci ilin dövlət büdcəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyi əsasında xülasə hazırlanıb.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ali audit qurumlarının dövlət maliyyə inzibatçılığında şəffaflıq və hesabatlılığın yüksəldilməsi ilə bağlı fəaliyyəti dövlət büdcəsinin layihəsinə və icrasına dair hazırladıqları rəyin xülasə variantının hazırlanmasını da nəzərdə tutur. Bu, dünya ölkələrinin təcrübəsinə geniş yayılmış bir yanaşmadır.

Dövlət büdcəsinə dair hazırlanmış rəyin sadələşdirilmiş qısa variantının, eyni zamanda, Beynəlxalq Büdcə Tərəfdaşlığı çərçivəsində Açıq Büdcə İndeksi ilə bağlı hesabatın hazırlanması zamanı kənar dövlət maliyyə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün tətbiq edilən bir meyardır.

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinə dair rəyi üzrə hazırlanmış xülasə dövlət vəsaitlərinin istifadəsinə nəzarətin genişləndirilməsi, şəffaflığın və hesabatlığın yüksəldilməsi, həmçinin bu sahədə ölkəmizin reytinq cədvəllərində yerinin möhkəmləndirilməsi məqsədilə Azərbaycan və ingilis dillərində tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.