İQTİSADİYYAT


“2019 İxraca Dəstək” layihəsi üzrə təlim təşkil olunub

Bakı, 17 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlar üçün həyata keçirilən "2019 İxraca Dəstək" layihəsinin ikinci hissəsi üzrə "İxrac gömrük əməliyyatında beynəlxalq daşınma" mövzusunda yekun təlim keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq daşınmalar üzrə mütəxəssis Nicat Şabanlı ixrac gömrük əməliyyatlarında beynəlxalq daşınma prosesi, beynəlxalq daşınmanın növləri, nəqliyyat sənədlərinin tərtib olunma standartları və beynəlxalq daşınma ilə bağlı sahibkarlara məlumatlar verib. Həmçinin iştirakçı sahibkarlara ixrac gömrük prosesinin gedişi, iqtisadi alqı-satqı müqavilələrinin tərtib olunması, ixrac hesab fakturalarının hazırlanması, ixrac zamanı tələb olunan icazə sənədlərinin alınması, ixracda xarici bazarların araşdırılması, ixracda biznes strategiyası, beynəlxalq daşınmalar və digər ixrac əməliyyatları ilə bağlı geniş təqdimat edilib.

Yekunda iştirakçı sahibkarlara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.