İQTİSADİYYAT


“2019 İxraca Dəstək” layihəsi üzrə təlimlərdə fəal iştirak edən sahibkarlara sertifikatlar verilib

Bakı, 16 fevral, AZƏRTAC

“2019 İxraca Dəstək” layihəsi çərçivəsində keçirilən təlimlərdə fəal iştirak edən 50 sahibkara sertifikatlar verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “İnnovasiyalar Mərkəzi”nin və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı ilə “2019 İxraca Dəstək” layihəsi çərçivəsində üç hissəli maarifləndirici təlimlər üzrə “İxrac gömrük əməliyyatında beynəlxalq daşınma” mövzusunda sonuncu təlim təşkil edilib. Təlimdə beynəlxalq daşınmalar üzrə mütəxəssis Nicat Şabanlı tərəfindən ixrac gömrük əməliyyatlarında beynəlxalq daşınma prosesi, daşınmanın növləri, nəqliyyat sənədlərinin tərtib olunma standartları və daşınma ilə bağlı digər məlumatlar verilib. Bununla da layihənin birinci hissəsi üzrə ixrac gömrük əməliyyatını əhatə edən üç hissəli maarifləndirici təlimlər yekunlaşıb.

Sonda “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağızadə, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə, “My Broker” gömrük təmsilçiliyinin rəhbəri Rəşad Əliyev, təlimçilər Cabir Kamranov və Nicat Şabanlı tərəfindən hər üç təlimdə fəal iştirak edən 50 sahibkara sertifikatlar təqdim olunub.

Layihə üzrə “İnnovasiyalar Mərkəzi” və “My Broker” gömrük təmsilçiliyi tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ixrac və idxal əməliyyatlarında sahibkarların maarifləndirilməsi üçün ehtiyac duyulan daha bir neçə maarifləndirici təlimin də təşkil edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.