Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 25 dekabr 2019-cu il tarixli 10 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Türkoba bələdiyyəsinə seçkilərdə qeydə alınmış namizəd Hüseynov Qaraxan Mirzə oğlu və digər qeydə alınmış namizəd Ağayev Vəkil Mürşüd oğlu 2019-cu il dekabrın 25-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi üzrə Türkoba bələdiy¬yəsinə keçirilən seçkilərdə 29, 30 və 31 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verməsini, bülletenlərin təkrar sayılmasına dair tələblərinin məntəqə seçki komissiyası tərəfindən rədd olunduğunu iddia etmiş, bu pozuntuların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydaları¬nın pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əla¬qədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Türkoba bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Hüseynov Qaraxan Mirzə oğlu və Ağayev Vəkil Mürşüd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 10 saylı müraciəti aidiyyəti üzrə araşdırıl¬ması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin