RƏSMİ SƏNƏDLƏR


2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2019-cu il 25 oktyabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Vüsal Fəxrəddin oğlu Əliyev

Salman Yaşar oğlu Salmanov

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin