İDMAN


2019-cu ildə Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Avropa Çempionatının vaxtı dəyişdirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının əvvəl nəzərdə tutulandan tez keçirilməsini qərara alıb.

AZƏRTAC UEG-in mətbuat xidmətində istinadla xəbər verir ki, çempionatın vaxtının dəyişdirilməsi Futbol üzrə Avropa Liqasının gələn il mayın 29-da Azərbaycan paytaxtında keçiriləcək finalı ilə bağlıdır.

Əvvəlcə nəzərdə tutulmuşdu ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı mayın 31-dən iyunun 2-dək keçiriləcək.

Mətbuat xidmətinin məlumatında deyilir: “İcraiyyə Komitəsi Avropa Futbol Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə əlaqədar Avropa çempionatının keçirilməsi tarixini dəyişməyi qərara alıb. Avropa birinciliyi mayın 16-dan 19-dək keçiriləcək”.

Xatırladaq ki, 2018-ci ildə bədii gimnastika üzrə Avropa çempionatı İspaniyanın Qvadalaxara şəhərində keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.