ELM VƏ TƏHSİL


2019-cu ildə “Samsung” və “Verizon” şirkətləri 5G smartfonlarını satışa buraxacaq

Bakı, 4 dekabr, AZƏRTAC

2019-cu ildə “Samsung” və “Verizon” (VZ) şirkətləri ən böyük sürətə malik 5G smartfonlarını satışa buraxacaqlarını bəyan ediblər. Lakin texnologiyanın bu yeni və son nailiyyətindən yalnız xüsusi siqnal ötürücü qurğuları olan ərazidə yaşayanlar istifadə edə biləcəklər.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, “Samsung” 5G texnologiyasından istifadə imkanlarının yalnız şirkətin yaz aylarında satışa çıxaracağı yeni “Galaxy S” smartfonu ilə mümkün olacağını bildirib. “Verizon” da yeni 5G cihazını təqdim edib. Lakin Cənubi Koreya şirkəti ən böyük istehsalçı olduğundan, digərləri yaxın illərdə 5G smartfonlarının istehsalı sahəsində onunla ciddi rəqabətə girməyə məcbur olacaqlar.

Ekspertlər bildiriblər ki, adıçəkilən şirkətlər hələ yeni telefonlarda şəbəkə ilə bağlı problemi tamamilə həll etməyiblər. “Verizon”un 5G şəbəkəsi cəmi bir neçə kiçik şəhərdə mövcuddur. Hazırda 5G şəbəkəsi “AT&T (T)” (Amerika Transmilli Telekommunikasiya Konqlomeratı) tərəfindən yeddi şəhərdə qurulub, digər telekommunikasiya şirkətləri “Sprint (S)” və “T-Mobile (TMUS)” isə bu məsələdə xeyli geridədir. “AT&T (T)” təmsilçiləri CNN-ə bildiriblər ki, 2019-2020-ci illərdə ABŞ-ın daha çox şəhərində yeni şəbəkələr istifadəyə veriləcək.

İstehsalçı şirkətlər bildiriblər ki, texnologiyanın ən son nailiyyəti olan 5G sələfi 4G-dən daha sürətli əməliyyat sisteminə malikdir. Laboratoriya sınaqları bu smartfonların əvvəlkindən 100 dəfə tez əməliyyat aparacağını göstərib. Yeni smartfonlarda əməliyyatların yerinə yetirilməsi zamanı ən aşağı gözləmə sistemi tətbiq olunub. Bundan əvvəlki cihazlarda şəbəkəyə göndərilən və qəbul edilən siqnallar iki saniyə müddətində çatırdısa, 5G smartfonlarında bu rəqəm sıfıra yaxındır. Bu texnologiya, həmçinin geniş zolaqlı internet istifadəçiləri və biznesmenlər üçün də sərfəlidir. “Verizon” artıq 5 G texnologiyasının evlərdə ödənişsiz olaraq “YouTube” vasitəsilə istifadəsi planını da hazırlayıb. Bundan başqa, inanılmaz sürəti sayəsində yeni texnologiya özü idarə olunan avtomobillərdə məlumatların bir göz qırpımında alınmasına imkan verəcək. Gələcək nəsillər isə 5G sayəsində telesəhiyyə və robot cərrahiyyəsi ilə məşğul olacaqlar.

CNN-nin reportajında bildirilir ki, bütün bunların həyata keçməsi üçün yeni infrastrukturun yaradılmasına on milyardlara dollar vəsait qoyulmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.