REGİONLAR


2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb VİDEO

Şamaxı, 1 yanvar, Adil Ağayev, AZƏRTAC

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.