İQTİSADİYYAT


2019-cu ildə qlobal neft tələbatı sutkada 100,6 milyon barrel olacaq

Bakı, 14 noyabr, Nihad Budaqov, AZƏRTAC

Cari ildə qlobal neft tələbatı gündəlik orta hesabla 99 milyon 200 min barrel təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə isə neft tələbatının sutkalıq 100 milyon 600 min barrel səviyyəsində olacağı proqnozlaşdırılır.

EIA-a görə, bu il neftə olan gündəlik tələbatda 34 milyon 800 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 31 milyon 900 min barrellə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.