İQTİSADİYYAT


2019-cu ildən "SOCAR Methanol" istehsal potensialının 70-80 faizini istifadə edəcək

Bakı, 23 oktyabr, Elvin Camalov, AZƏRTAC

2019-cu ildən "SOCAR Methanol" istehsal potensialının 70-80 faizini istifadə edə biləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, zavodun istehsal potensialı 650-700 min tondur. Azərbaycanda təbii qazın hasilatının artması fonunda metanolun istehsalı da artacaq. "SOCAR Methanol" bu il 250 min ton metanol istehsal edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.