DÜNYA


2019-cu ilin birinci yarısında iqlim dəyişməsi nəticəsində 7 milyon adam məcburi köçkünə çevrilib

Bakı, 13 sentyabr, AZƏRTAC 

2019-cu ilin birinci yarısında iqlim dəyişməsi nəticəsində 7 milyon adam məcburi köçkünə çevrilib. Beynəlxalq Daxili Köç Monitorinqi Mərkəzinin (IDMC) hesabatında qeyd olunur ki, bu rəqəm son illərin ən yüksək göstəricisidir. Hesabat hökumətlərin məlumatları, BMT-nin agentliklərinin tədqiqatları və media orqanlarının materialları əsasında hazırlanıb.

AZƏRTAC SBS telekanalına istinadla xəbər verir ki, IDMC-nin hesabatında iqlim dəyişmələrinin və təbiət kataklizmlərinin bu templə davam edəcəyi halda bu rəqəmin ilin sonunda 22 milyona çatacağı da bildirilir. Əlavə olunur ki, güclü qasırğaların, sel və daşqınların nəticəsində daha çox insan öz ev-eşiyini tərk etməyə məcbur olur. “Bu amillər sayəsində 2019-cu il planetin tarixində ən pis məcburi köç ili kimi qala bilər”, deyə hesabat müəllifləri vurğulayıblar.

Hesabatda qeyd edilir ki, bu ilin birinci yarısında “Fani” siklonu Hindistan və Banqladeşdə, “Idai” isə Mozambik, Malavi, Zimbabve və Madaqaskarda milyonlarla insanı öz yurdlarını tərk etməyə vadar edib. Hesabat dövründə İranda ərazinin 90 faizi daşqınlara məruz qalıb. “Bu gün artıq təbii fəlakətlər nəticəsində insanların köç etməsi hallar adi normaya çevrilməkdədir”, -deyə IDMC diqqətə çatdırıb.

Mərkəzin direktoru Aleksandra Bilak bütün dünyada təbii fəlakətlərin qarşısının alınması və onların qurbanlarına yardım göstərilməsi üzrə birgə fəaliyyətin zəruriliyini vurğulayıb. O əlavə edib ki, iqlim dəyişikliklərinə qarşı mübarizəyə sərmayə qoymaqla gələcəkdə milyonlarla insanı humanitar fəlakətdən qorumaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.