DÜNYA


2019-cu ilin iyununda “5G” mobil rabitəsini dəstəkləyən ilk smartfon təqdim ediləcək

Bakı, 29 iyun, AZƏRTAC

Çinin elektronika nəhənginin nümayəndələri yeni mobil rabitə standartının inkişaf planları haqda məlumat veriblər.

AZƏRTAC “life.ru” saytına istinadən bildirir ki, “Huawei” şirkəti 2019-cu ilin iyununda “5G” texnologiyasını dəstəkləyən ilk smartfonunu təqdim edəcək. Bu haqda şirkətin icraçı direktoru Erik Syuya istinadən “Digitimes” nəşri yazıb.

“5G” mobil rabitəsinin dəstəyi “Wi-Fi” qoşulması olmadan canlı yayım aparmağa, artırılmış və ya virtual reallığa malik proqramlardan istifadəyə imkan verəcək. “Huawei” şirkəti “5G” mobil rabitəsinin hazırlanmasında aktiv iştirak edir.

“5G” tezlik parametrləri artıq məlumdur. Bu şəbəkə 600-700 MHs-lik aşağı tezlik spektrini, 3,5 QHs-lik orta tezlik və 50 QHs-lik yüksək tezlik spektrini dəstəkləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.