RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2020-ci il tarixli 1652 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri səfir Peter Teyler 2020-ci il fevralın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin Missiyanın üzvü Aygün Attarın akkreditasiyasının ləğv edilməsini xahiş etmişdir.

Müşahidə Missiyası rəhbərinin müraciəti təmin edilməli, həmin Missiyanın üzvü Aygün Attara Mərkəzi Seçki Komissiyası tərəfindən verilmiş 30 yanvar 2020-ci il tarixli 565 saylı lövhəcik etibarsiz hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü və 28.2-ci maddələrinə əsasən qərara alır:

1. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası rəhbərinin Mərkəzi Seçki Komissiyasına ünvanladığı 11 fevral 2020-ci il tarixli 1652 saylı müraciəti təmin edilsin, Mərkəzi Seçki Komissiyası tərəfindən Aygün Attara verilmiş 30 yanvar 2020-ci il tarixli 565 saylı lövhəcik etibarsiz hesab edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin