Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 fevral 2020-ci il tarixli 233 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 47 saylı Mingəçevir seçki dairəsi üzrə qeydə alınmış namizəd Yusibov Qurbanəli Vidadi oğlu və Salamov İbrahim Salam oğlu 2020-ci il fevralın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 22/51 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciətdə səsvermə günü 47 saylı Mingəçevir seçki dairəsinin 2, 7, 9, 10, 15, 17, 18, 20, 21, 25, 27, 28, 29 və 30 saylı seçki məntəqələrində məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidənin aparılması üçün normal şəraitin yaradılmaması, məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidə prosesinə maneçilik törədilməsi, səsvermə başlamazdan əvvəl seçki bülletenlərinin masanın üzərinə qoyulmaması, seçki hüququ olmayan şəxslərin seçki məntəqəsinə daxil olması, məntəqənin dislokasiyasına aid olmayan şəxslərin səsvermədə iştirak etməsi və digər qanun pozuntularına yol verildiyini göstərərək bu pozuntuların araşdırılmasını, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələrinin ləğv olunmasını və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişlər. Müraciətə səsvermə günü müxtəlif seçki məntəqələrində tərtib edilməsi iddia edilən 4 ədəd akt və 2 ədəd elektron məlumat daşıyıcısı (CD-R və DVD disk) əlavə edilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar qeydə alınmış namizədlər Q.V.Yusibov və S.İ.Salamov qanunla nəzərdə tutulmuş müddətdə 47 saylı Mingəçevir seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətləri araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən qərarı ilə onların müraciətləri əsassız hesab edilərək təmin olunmamışdır.

47 saylı Mingəçevir seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsas-landırmışdır ki, yuxarıda qeyd edilən seçki məntəqələrində baş verməsi ehtimal olu¬nan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən edilmədiyindən qeydə alınmış namizədlər Q.V.Yusibov və S.İ.Salamovun müraciəti əsassız hesab edilərək təmin edilməmişdir.

Qeydə alınmış namizəd Q.V.Yusibovun araşdırmada və Mərkəzi Seçki Komissiyası¬nın iclasında iştirakı təmin edilmişdir.

Araşdırmanın tamlığı, hərtərəfliliyi və obyektivliyi prinsipi əsas götürülərək səsvermə günü həmin seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar, seçki komissiya¬la¬rının seçkilərin yekununa dair protokol məlumatları və şikayətçilər tərəfindən araşdırmaya təqdim olunmuş sənədlər və videomateriallar, həmçinin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər tədqiq edilmişdir. Təqdim olunmuş iki ədəd elektron daşıyıcıya baxış keçirilərkən müəyyən edilmişdir ki, bu disklərdə 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17, 21, 26 və 28 saylı seçki məntəqələrindən görüntülər vardır.

Araşdırma zamanı qeydə alınmış digər namizədlərdən, müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərin¬dən alınmış izahatlarla müəyyən edilmişdir ki, səsvermə günü mübahisə¬ləndirilən seçki məntəqələrinin əksəriyyətində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapma¬mış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komis¬siyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunaraq maraqlı seçki subyektlərinə verilmişdir və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də, aşağıdakı bir neçə seçki məntəqəsi üzrə dairə seçki komissiyasının gəldiyi nəticə düzgün hesab edilməməlidir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər və təqdim olun-muş videomateriallar nəzərdən keçirilərkən 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermə prosesində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək pozuntular müəyyən edilmişdir ki, bunlar da seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komis¬siyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas oldu-ğundan 9, 17 və 21 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqə¬lərinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir. Həmin seçki məntəqələrində seçici siyahılarında olan seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən azını təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 3, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 30-dur.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyən-ləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqə-lərinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, dairə seçki komissiyasının qərarının həmin seçki məntəqələrinə aid hissədə ləğv edilməsi, seçki dairəsinin 9, 17 və 21 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 47 saylı Mingəçevir seçki dairəsi üzrə qeydə alınmış namizədlər Yusibov Qurbanəli Vidadi oğlu və Salamov İbrahim Salam oğlunun 16 fevral 2020-ci il tarixli 233 saylı müraciətləri qismən təmin edilsin.

2. 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17 və 21 saylı seçki məntəqələri üzrə səs-vermənin nəticələri etibarsız hesab edilsin, həmin dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/51 saylı qərarı 9, 17 və 21 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, qərar digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr          Məzahir Pənahov

 

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin