Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 251 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Aslanov Cavidan Əlislam oğlu 2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət etməklə həmin seçki dairəsi dairə seçki komissiyasının 52/173 saylı qərarını mübahisələndirərək qeydə alınmış digər namizəd Hacıyev Emin Məcid oğlunun Rusiya Federasiyası vətəndaşı və bu ölkə qarşısında öhdəliyinin olub-olmamasının araşdırılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komis¬siyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiya¬sının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komis¬siyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd C.Ə.Aslanov müraciətində 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıyev Emin Məcid oğlunun Rusiya Federasiyasının vətəndaşı və bu ölkə qarşısında öhdəliyinin olmasını iddia etmişdir.

Dairə seçki komissiyasından C.Ə.Aslanovun müraciətinin araşdırılma¬sına dair mübahisələndirilən qərar və digər materiallar alınaraq araşdırıl¬mışdır.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, qeydə alınmış namizəd E.M.Hacıyevin Rusiya Federasiyasının vətəndaşı və bu ölkə qarşısında öhdəliyinin olub-olmamasının araşdırılması ilə əlaqədar dairə seçki komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etmiş, iddia edilən bu hal nazirlik tərəfindən təsdiq edilməmişdir.

Araşdırma ilə əlaqədar E.M.Hacıyevin namizədliyinin qeydə alınma¬sına dair dairə seçki komissiyasına təqdim etdiyi sənədlərə baxış keçirilmiş və onun öz imzası ilə təsdiq etdiyi öhdəlik ərizəsində ikili vətəndaşlığının və başqa dövlət qarşısında öhdəliyinin olmadığını göstərməsi müəyyən edil¬mişdir.

Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 43 saylı Sum¬¬qayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyası qeydə alınmış namizəd E.M.Hacıyevin ikili vətən-daşlığının, başqa dövlət qaşısında öhdəliyinin olmaması ilə bağlı düzgün nəticəyə gələrək qeydə alınmış namizəd C.Ə.Aslanovun müraciətinin təmin olunmamasına dair qərar vermişdir.

Göstərilənlərə əsasən namizəd C.Ə.Aslanovun müraciətində qeyd olunanlar təsdiqini tapmadığından müraciətin təmin edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəll-əsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Aslanov Cavidan Əlislam oğlunun 17 fevral 2020-ci il tarixli 251 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr          Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin